Qadın şahmatçılarımız Sarja kubokunda çıxış edəcəklər

A- A A+

Yanvarın 7-də “Lichess.org” platforması vasitəsilə qadın şahmatçılar arasında 11-ci Sarja kuboku yarışı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycanı Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov təmsil edəcəklər.

Yarışa 307 şahmatçı qatılacaq ki, onun da 52-si qrossmeysterdir. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə (13 tur, 3 dəqiqə + 1 saniyə) sistemi üzrə mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: