"Beşiktaş" doğma meydanda "Rizəspor"u darmadağın edib

A- A A+

Yanvarın 6-da futbol üzrə Türkiyə çempionatının XVII turunun ikinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Rizəspor"u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə İstanbul təmsilçisi rəqibinin qapısından altı cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayil Larin (19, 31, 79, 83), Oğuzxan Özyaqub (56) və Ajdin Hasiç (89) vurub. Beləliklə, "Beşiktaş" doğma meydanda qazandığı qələbə sayəsində yenidən turnir cədvəlinin lideri olub.

Günün digər oyunlarında "Trabzonspor" doğma meydanda "Göztəpə"ni minimal hesabla məğlub edib – 1:0. "Kayserispor" isə səfərdə "Dənizlispor"u 0:1 hesab ilə üstələyib. "Gənclərbirliyi" isə öz meydanında "Hatayspor"u 3:1 hesabı ilə udub. "Başakşəhər" də "Ərzurumspor"u 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Antalyaspor" isə "Fatih Karagümrük"ü 3:1 hesabı ilə udub.

Tura "Fənərbağça" – "Alanyaspor" matçı ilə yekun vurulacaq.

Hazırda çempionatın turnir cədvəlinə 34 xalla "Beşiktaş" başçılıq edir. Ondan 3 xal geri qalan "Qaziantep" ikinci, 30 xal toplayan "Alanyaspor" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda "Kasımpaşa" istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: