Seymur Talıbov Teymur Rəcəbovu təbrik edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov Teymur Rəcəbovu "Airthings Masters" şahmat turnirində qələbə qazanmağı münasibətilə təbrik edib.

Təbrikdə bildirilir ki, Teymur Rəcəbovun bu yarışda qazandığı inamlı qələbə hər birimizi, bütün Azərbaycan xalqını sevindirdi. Beynəlxalq qrossmeysterə səmimi təbriklərini çatdıran Seymur Talıbov gələcək yarışlarda ona uğurlar diləyib.

Teymur Rəcəbov təbrik məktubunu öz rəsmi instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov finalda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: