Qadın şahmatçıların Qran-Pri turnirinin sonuncu mərhələsi təxirə salınıb

A- A A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Cəbəllütariqdə qadınlar arasında keçirilməsi planlaşdırılan Qran-Pri turnirinin sonuncu mərhələsini təxirə salıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 17-29-da keçirilməsi nəzərdə tutulan turnirin bu ilin fevralın sonunda keçirilməsi planlaşdırılır. Turnirin təxirə salınmasının səbəbi koronavirus xəstələrinin sayının əhəmiyyətli dərəcədə artdığı Cəbəllütariqdə pandemiyanın inkişafı ilə əlaqədardır.

Qeyd edək ki, şahmatçımız Günay Məmmədzadənin yarışda iştirakı nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: