Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda “Alanyaspor”u məğlub edib

A- A A+

Yanvarın 7-də futbol üzrə Türkiyə çempionatının XVII turunun növbəti qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Alanyaspor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə qalib gəlib. “Fənərbağça”nın qollarını Sinan Gümüş (12) və Dimitrios Pelkas (70) vurublar. Alanya klubunun heyətində isə Kouma Babakar fərqlənib.

Hazırda turnir cədvəlinə 34 xalla “Beşiktaş” başçılıq edir. Ondan 2 xal geri qalan “Fənərbağça” ikinci, 31 xal toplayan “Qaziantep” isə üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: