Yanvarın 10-da futbol üzrə İtaliya A Seriyasının 16-cı turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, lider “Milan” doğma azarkeşlər önündə “Torino” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milanlılar hesabı oyunun 25-ci dəqiqəsində açıb. Brahim Diyazın ötürməsindən sonra rəqibin qapıçısı ilə üzbəüz qalan Rafael Leao fürsəti əldən verməyib. Görüşün 36-cı dəqiqəsində “Milan”nın futbolçusu Frank Kessi hesab arasındakı fərqi iki topa çatdırıb.
Bu qələbədən sonra “Milan” 40 xalla liderliyini davam edir. “Torino” isə 12 xalla 19-cu yerdə qərarlaşıb.
Turun digər görüşlərində “Atalanta” səfərdə “Beneveto”dan (4:1), “Genoa” isə öz meydanında “Bolonya”dan üstün olub (2:0).