Messi yeni nailiyyətə imza atdı

A- A A+

"Qranada" ilə İspaniya La Liqasının XVIII tur matçında dubl edən "Barselona"nın futbolçusu Lionel Messi növbəti tarixi nailiyyətə imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, argentinalı hücumçu son 15 mövsümdə 10 və daha çox qol vuran yeganə oyunçuya çevrilib.

Səfər qarşılaşması Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Kapitan 35-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu isə Antuan Qrizmann 12-ci və 63-cü dəqiqələrdə vurub.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Komanda 18 turdan sonra 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: