Yanvarın 10-da futbol üzrə Türkiyə çempionatının XVIII turunun ikinci gün qarşılaşmasında "Hatayspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyənləşməyib -2:2. Matça fəal başlayan qonaqlar 6-cı dəqiqədə Vinsent Aboubakarın qolu ilə hesabı açıblar. Lakin cəmi bir dəqiqə sonra Aaron Boupendza hesaba tarazlıq gətirib. Oyunun 23-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu A.Boupendza komandasını hesabda önə çıxarıb. Görüşün 41-ci dəqiqəsində isə Kayl Larin hesabı bərabərləşdirib. Qarşılaşmanın qalan vaxtı ərzində tərəflər hesabı dəyişdirməyə cəhd göstərsələr də, hesab dəyişməyib.
Günün digər matçlarında isə "Ankaragücü" doğma meydanda "Başakşəhər"ə 2:1 hesabı ilə uduzub. "Konyaspor" isə səfərdə "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub. "Rizəspor" - "Dənizlispor" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Hazırda çempionatın turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir. Ondan 2 xal geri qalan "Qalatasaray" ikinci, 32 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. On yeddinci turda "Trabzonspor" istirahət edir.