"Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo rəsmi matçlarda qolların sayına görə dünya rekordunu təkrarlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portuqaliyalı futbolçu buna ötən gecə A seriyasının “Sassuolo”ya qarşı oyununda (3:1) nail olub. Görüşdə son nöqtəni qoyan 35 yaşlı futbolçunun bu qolu klub və yığmadakı karyerasında 759-cu olub. 1931-1955-ci illərdə eyni sayda qol vuran çexiyalı hücumçu Jozef Biçan bunadək tək bombardir idi.
Qeyd edək ki, Ronaldo daha əvvəl qolların sayında əfsanəvi Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.