“Fənərbağça” səfərdə “Ərzurumspor”un qapısından üç cavabsız qol keçirib

A- A A+

Yanvarın 11-də futbol üzrə Türkiyə çempionatının XVIII turunun üçüncü gün qarşılaşmasında "Ərzurumspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gərgin keçən görüşdə istanbullular rəqibinin qapısından üç cavabsız qol keçiriblər. "Fənərbağça"nın heyətində Mert Hakan Yandaş (45+5), Dimitrios Pelkas (48) və Sinan Gümüş (51) fərqləniblər.

Günün digər matçında isə "Kasımpaşa" səfərdə "Alanyaspor"u 2:1 hesabı ilə udub.

Hazırda çempionatın turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" ikinci, 33 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. On səkkizinci turda "Trabzonspor" istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: