Yeniyetmə qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

A- A A+

İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə qızlar  arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub. Kompleksin üzgüçülük mərkəzində keçirilən birincilik məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan məlumata görə, yarışda 3 yaş qrupunda 30 idmançı iştirak edib.

Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 14-16 yaşlı idmançılar arasında Nərmin Həsənova, 12-13 yaşlı idmançılar arasında Gülan Əhmədova, 10-11 yaş qrupunda isə İnci Allahverdiyeva  bütün rəqiblərini qabaqlayaraq birinci yerlərə layiq görülüblər.

Sonda hər yaş qrupunda yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

  Yarışı Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksi birgə təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: