Yanvarın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun ilk oyun günündə maraq doğuran görüş “Börnli” və “Mançester Yunayted” arasında baş tutub. Görüş “Mançester Yunayted” klubunun minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu “qırmızı şeytanların” heyətində 71-ci dəqiqədə Pol Poqba vurub.
Bu qələbədən sonra xal ehtiyatını 36-ya çatdıran “Mançester Yunayted” turnir cədvəlində liderliyə yüksəlib. “Börnli” isə 16 xalla 17-ci yerdə qərarlaşıb.
Turun digər görüşlərində “Everton” səfərdə “Volverhemtin”dən (2:1), “Şeffild Yunayted” isə öz meydanında “Nyukasl Yunayted”dən üstün olub (1:0).