Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı müəyyənləşib

A- A A+

Martın 12–14-də Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Dünya Karate Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarışda kişilər 60, 67, 75, 84 kiloqram və 84 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə 50, 55, 61, 68 kiloqram və 68 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Dünyanın ən güclü karateçilərinin qatılacağı yarış “Baku Crystal Hall”da təşkil ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: