“World Masters” turnirində 2 cüdoçumuz finala vəsiqə qazanıb

A- A A+

Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində iki cüdoçumuz finala yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarımfinaladək uğurla irəliləyən cüdoçumuz Zelim Kotsoyev (100 kq) bu mərhələdə Simeon Katharinanı (Niderland) qızıl xalla üstələyərək finala vəsiqə qazanıb. Bu mərhələdə cüdoçumuz gürcü Varlam Liparteliani ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) da bütün görüşlərini, o cümlədən yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə qarşılaşmasını qələbə ilə başa vuraraq finala çıxıb. Finalda onun rəqibi fransalı Romana Dikko olacaq.

“Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edir. Bundan əvvəl kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), qadınlar arasında Aişə Qurbanlı və Leyla Əliyevanın (48 kq) çıxışları uğurlu alınmayıb.

Bu gün başa çatacaq turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: