Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib. Digər İstanbul təmsilçisi olan "Beşiktaş" da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.
Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.
Türkiyə kubokunun növbəti oyunları yanvarın 14-də keçiriləcək.