Azərbaycan komandası "World Masters" turnirini 8-ci yerdə başa vurub

A- A A+

Qətərin paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə nüfuzlu "World Masters" turniri başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan idmançıları da mübarizə aparıblar. Milli komandamız beynəlxalq yarışda iki gümüş medal qazanmaqla, ümumi komanda hesabında səkkizinci yeri tutub.

İlk üç yerdə Fransa (5 qızıl, 1 gümüş, 1 bürünc), Cənubi Koreya (3 qızıl), Yaponiya (2 qızıl, 5 gümüş) komandaları qərarlaşıblar.

Qeyd edək ki, turnirdə 7 cüdoçumuz mübarizə aparıb. Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıblar. Xatırladaq ki, Dohada mübarizə aparan cüdoçularımızdan Nicat Şıxəlizadə, Orxan Səfərov, Elmar Qasımov, Aişə Qurbanlı və Leyla Əliyeva yarışı medalsız başa vurublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: