Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan-Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq.