"Latsio" "Roma"nı darmadağın etdi

A- A A+

Futbol üzrə İtaliya A Seriyasında XVIII tura start verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, açılış oyununda "Latsio" və "Roma" komandaları üz-üzə gəlib. "Olimpiko" stadionunda təşkil olunmuş paytaxt derbisi nominal meydan sahiblərinin böyük qələbəsi ilə yekunlaşıb - 3:0.

"Latsio"unun qollarını Çiro İmmobile 15-ci, Luis Alberto 23-cü və 69-cu dəqiqələrdə vurub.

Bununla da xalını 31-ə çatdıran "Latsio" 7-ci pilləyə yüksəlib. 34 xala malik "Roma" isə 3-cüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: