“Qarabağ” – “Kukesi” oyununun biletləri satışa çıxarılıb

A- A A+

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) matçının biletləri satışa çıxarılıb.

NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunun biletlərini stadionun kassalarından almaq mümkündür. Biletlərin qiymətləri 1 manat təşkil edəcək. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VIP biletlər isə 50 manatadır.

Biletlər iyulun 24-də səhər 10:00-dan etibarən satışa çıxarılıb. Qarşılaşmaya olan böyük maraq səbəbindən “Qarabağ” futbol klubu vətəndaşlardan biletləri sadəcə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından holoqramlı bilet almağı xahiş edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: