Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində təxminən altı min idmançının iştirak edəcəyini gözləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Yomiuri” qəzeti bu barədə məlumat yayıb.
Qeyd edilib ki, əvvəlcə açılış mərasimində təxminən 200 ölkədən 11 minə yaxın idmançının iştirakı planlaşdırılırdı. Ancaq koronavirusun yayılması səbəbindən mərasimi qısaltmaq qərara alınıb. Təşkilatçıların əsas vəzifəsi mərasim zamanı gözləmə zonasında sıxlığın qarşısını almaqdır.
Tokio Olimpiadası ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Eyni zamanda, “Tokio-2020” Oyunlarının adı da qorunub saxlanılıb.