Onlayn formatda respublika şahmat turniri təşkil olunacaq

A- A A+

Bu gün “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə onlayn formatda respublika şahmat turniri keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq gənclər idman şahmat məktəblərinin və şahmat klublarından 17 yaşadək idmançılar iştirak edəcəklər.

Turnirin təşkilində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, eləcə də məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, şahmatın uşaq və yeniyetmələr arasında inkişafı və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrini zənginləşdirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: