Türkiyə Superliqası: “Beşiktaş” səfərdə qələbə qazanaraq liderliyini qoruyub

A- A A+

Yanvarın 21-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Fatih Karagümrük”ün qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 4:1 hesabı ilə darmadağın edib. “Beşiktaş”ın qollarını Vinsent Abobakar, Bernard Mensah (2 top) və Kayl Larin vurublar. Meydan sahiblərinin heyətində isə Fabio Borini fərqlənib.

Günün digər oyunu “Ərzurumspor” – “Alanyaspor” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 41 xalla “Beşiktaş” başçılıq edir. Ondan bir oyun az keçirmiş “Fənərbağça” 38 xalla ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda “Antalyaspor” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: