Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. Otuz altı yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.
Qeyd edək ki, “Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.