Türkiyə Superliqası: "Fənərbağça" səfər matçında xal itirib

A- A A+

Yanvarın 21-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" səfərdə "Sivasspor"un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib.

Günün digər matçında isə "Ankaragücü" doğma meydanda "Kasımpaşa"nı minimal hesabla üstələyib.

Hazırda Türkiyə Superliqasına 41 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" 39 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: