İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, London təmsilçisi “Brayton” komandasının qapıçısı Metyu Rayanı icarəyə götürüb. Avstraliyalı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda “Arsenal”ın əsas qapıçısı Almaniya millisinin də üzvü olan Bernd Lenodur.