Yeniyetmə güləşçilər arasında Naxçıvan şəhər birinciliyi başa çatıb - FOTOLAR

A- A A+
 

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində yeniyetmə oğlanlar  arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub. Keçirilən birincilik məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan məlumata görə, yarışda 7 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı iştirak edib.

Birinciliyin yekununa əsasən, Turqay Allahverdiyev 45 kq, Uğur Məmmədov 48 kq, Hüseyn Əhmədli 51 kq, Fərid Əsgərli 55 kq, Abbas Nəzərəliyev 60 kq, Əli Əlioğlu 65 kq və Qoca Əhmədov 71 kq çəki dərəcələrində I yerlərə layiq görülüblər. Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar..

Yarışı Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi birgə təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: