İspaniyanın "Real Madrid" klubu futbolçusu Rafael Varanla yollarını ayıra bilər.
NUHÇIXAN İnformasiya Agentliyi "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir.
Fransalı oyunçunun "kral klubu" ilə müqaviləsi 2022-ci ilin iyulunda başa çatır. Varan bu yay başqa komandaya keçsə, paytaxt klubuna əlavə gəlir gətirə bilər.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"in formasını geyinir. O, cari mövsüm 24 matçda meydana çıxıb. Müdafiəçi 2018-ci ildə Fransa yığması ilə Rusiyada keçirilmiş dünya çempionatının qalib olub.