İdmançılar muzeylərdə ekskursiyada olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İdman Federasiyalarının məşqçi müəllimi və idmançılarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları olub.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları, məşqçi-müəllimləri Dövlət Tarix Muzeyində olublar. Ekskursiyada bildirilib ki,  Naxçıvanın zəngin və qədim tarixi ilə bağlı Naxçıvan Dövlət Tarix Muzeyində 48 mindən artıq eksponat qorunub saxlanılır. Muzey bələdçisi iştirakçıları sərgilənən eksponatlarla tanış edib, muzeyin fəaliyyəti barədə məlumatlandırıb.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi müəllimi və idmançıları Heydər Əliyev Muzeyində ekskursiyada olublar. Muzey bələdçisi iştirakçılara ulu öndərin mənalı ömür yolu, müstəqilliyimiz və dövlətçiliyimizin qorunub saxlanılması naminə göstərdiyi misilsiz xidmətlər, 1991-1993-cü illərdə Naxçıvandakı siyasi fəaliyyəti haqqında məlumat verib.

Muzeydə ümummilli liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, xatirə əşyaları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı Fərman və Sərəncamlar, ilk dəfə Naxçıvanda onun təşəbbüsü və səyləri ilə qaldırılan üçrəngli bayrağımız və digər dəyərli eksponatlar gənc idmançılarda maraq doğurub.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının məşqçi müəllim və idmançıları isə Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyində ekskursiyada olublar. İştirakçılara muzeyin fondunda saxlanılan Azərbaycan ədəbiyyatının tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları barədə məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası müəllim məşqçi və şahmatçıları da muzey ziyarətçiləri sırasında olub, Bayraq Muzeyinə ekskursiya ediblər. Şahmatçılar muzeydə sərgilənən Azərbaycan Respublikasının dövlət rəmzləri, Naxçıvanın müxtəlif dövrlərdə qəbul edilmiş dövlət bayraqları, həmçinin XIX əsrə aid Kəngərli suvari dəstəsinin döyüş bayrağı və Naxçıvanda zərb olunmuş sikkələr, eləcə də müxtəlif dövlətçilik atributları barədə məlumatlandırılıb.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: