Yenilənən Kəngərli stadionunda ilk futbol oyunu keçirilib - FOTOLAR

A- A A+

Kəngərli rayonunun mərkəzi stadionunda yenidənqurma işləri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, stadionda 200 ədəd oturacaq quraşdırılıb, mövcud bardurlar, tamaşaçılar üçün nəzərdə tutulan sahədə kilid daşları yenidən döşənilib, suvarma sistemi tam bərpa olunub. Stadionun ətrafında olan ad göstəriciləri yenilənib, mövcud olan sadə tipli idman qurğuları, basketbol və voleybol üçün nəzərdə tutulmuş meydançalar yenidən təmir olunub.

Stadionun açılış mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxış ediblər. Tədbirdə muxtar respublikanın şəhər və rayonlarında, kəndlərində idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Qeyd olunub ki, artıq bütün rayonlarda yeni idman obyektləri tikilir və yenidən qurularaq gənclərin ixtiyarına verilir.  Kəngərli rayon mərkəzi stadionu da həmin stadionlar sırasına daxil olub.

Sonra gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə rayon birinciliyinin ilk oyunu keçirilib. Birinciliyin açılış oyununda Qıvraq qəsəbə və Böyükdüz kənd komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş Qıvraq qəsəbəsi komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: