Türkiyə Superliqası: “Trabzon” qələbə qazanıb, “Başakşəhər” isə xal itirib

A- A A+

Futbol üzrə Türkiyə çempionatının XXI turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Rizəspor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Meydan sahibinin qolunu Mehmet Topal, Rizə klubunun qolunu isə Samu vurub.

Günün digər matçında “Trabzonspor” səfərdə “Gənclərbirliyi”ni 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 41 xalla “Beşiktaş” başçılıq edir. Ondan iki xal geri qalan “Fənərbağça” ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXI turda “Ərzurumspor” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: