Türkiyə Super Liqasında XXI turun oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu gün 5 oyun baş tutub.
“Qalatasaray” səfərdə “Yeni Malatyaspor”u son dəqiqələrdə vurulan qolla məğlub edib. “Beşiktaş” “Göztəpə” ilə qarşılaşmada çətin ev qələbəsinə sevinib.
“Qaziantep” “Hatayspor”la dueldə qələbəni uzatma dəqiqələrində əldən verib. “Fatih Karagümrük” rəqib meydanında “Dənizlispor”a qalib gəlib. “Konyaspor”la “Dənizlispor”un duelində qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Türkiyə Super Liqası
XXI tur
24 yanvar
“Konyaspor” – “Antalyaspor” – 0:0
“Dənizlispor” – “Fatih Karagümrük” – 1:2
Diskerud, 88 - Borini, 44, Ndao, 78
“Yeni Malatyaspor” – “Qalatasaray” – 0:1
Babel, 88
“Beşiktaş” – “Göztəpə” – 2:1
Lyayiç, 49, Abubakar, 77 – Tripiç, 39
“Qaziantep” – “Hatayspor” – 1:1
Cefferson, 30 – Morais, 90+7 (avtoqol)