Çin Xalq Respublikasının Makau şəhərində yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Talıbov bürünc medala sahib olub.
Qeyd edək ki, 29 ölkədən 125 (80 oğlan, 45 qız) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 3 cüdoçu ilə təmsil olunub.