Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi İstanbul təmsilçisinin tvitter səhifəsinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.
Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.
Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.