UEFA Gənclər Liqası: “Qəbələ”nin mümkün rəqibləri müəyyənləşib

A- A A+

Yanvarın 27-də UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan çempionu “Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək.

“Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də baş tutacaq 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb.

Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. “Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: