FİFA DÇ-2018-in ən yaxşı qolunu açıqlayıb - VİDEO
Rusiyada keçirilmiş dünya çempionatının ən yaxşı qolu açıqlanıb.
NUHÇIXAN qurumun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda Fransa yığmasının futbolçusu Benjamen Pavarın Argentina millisinə vurduğu qol DÇ-2018-in ən yaxşı qolu seçilib.
Qeyd edək ki, DÇ-2018-in finalında Fransa millisi Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.