Gənclər Milli Dəyərlər Muzeyinə ekskursiya edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskusiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və 15 nəfər könüllü gəncin iştirakı ilə  baş tutub. Gənclərə məlumat verilib ki, 3 ekspozisiya zalından ibarət olan muzeydə 236 eksponat mühafizə olunur.  Gənclər  muzeyin ekspozisiyasında özünəməxsus yer tutan dövlət rəmzləri, əsrlərin yadigarı olan milli geyimlərimiz, qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz, milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlərlə tanış olub.   

Naxçıvanın qədim tarixini və xalqımızın milli adət-ənənələrini özündə əks etdirən eksponatlar onlarda maraq oyadıb.

                               Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: