"Azərbaycan - Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri "Fənərbağça"nın prezidenti Ali Koç Mesut Özilin təqdimat mərasimində deyib.
54 yaşlı funksioner Azərbaycanda "Fənərbağça"nın hansısa oyunu keçirməsi barədə də danışıb: "Mənim bir xəyalım var: Üç ölkədə oyun keçirmək istəyirəm. Bunlardan biri Azərbaycandır. Mesutun gəlişi ilə bu ölkədə oyun keçirmək daha da qiymətli oldu. Onun və "Fənərbağça"nın orada nə qədər çox sevildiyini bilirik. Pandemiya və sıx təqvimin arasına sala bilsək, Azərbaycana getməyi çox istəyirik. Digər iki ölkənin adını açıqlamaq istəmirəm".