Azərbaycanın ən populyar futbol klubu açıqlandı

A- A A+

"Deportes&Finanzas" portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, siyahıda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın da adı var.

"Böyük beşlik" liqalarından İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: