Şahmatçıların təlim-məşq toplanışı yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq İstirahət mərkəzində şahmatçıların 3 günlük təlim məşq toplanışı baş tutub.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışında 20-dən artıq şahmatçı iştirak edib. Şahmatçılar istirahət etməklə yanaşı Talıb Babayev, Urfan Sevdimalıyev və Toğrul Həsənzadənin rəhbərliyi ilə  gündə üç dəfə məşğələlərə cəlb ediliblər. Onlar etüdlər, məsələlər, hücum, müdafiə və vəziyyətlərin təhlili mövzularında dərslər keçiblər.  Təlimin sonunda verilən tapşırıqlara uyğun olaraq iştirakçıların bilikləri balla qiymətləndirilib. Yekun nəticəyə görə 1-ci yerin qalibi Nazlı Hümbətova olub. 2-ci yerə Seyid Hüseyn, 3-cü yerə isə Sadiq Qarayev layiq görülüb.

Qeyd edək ki, təlim-məşq toplanışında Naxçıvan Şahmat Mərkəzinin tələbələri ilə yanaşı rayon şahmatçıları da iştirak ediblər.

Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: