Danimarka yığması Misirdə keçirilən həndbol üzrə dünya çempionatının qalibi olub - FOTOLAR

A- A A+

Misirdə keçirilən kişilər arasında həndbol üzrə 27-ci dünya çempionatı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın final oyununda Danimarka və İsveç yığma komandaları qarşılaşıblar. Dünya çempionu danimarkalılar 26:24 hesabı ilə qalib gələrək titullarını qoruyublar. Bürünc medal uğrunda matçda isə İspaniya yığması Fransa komandasına 35:29 hesabı ilə qalib gəlib.

Çempionatın bağlanış mərasimində Beynəlxalq Həndbol Federasiyasının prezidenti Həsən Mustafa növbəti mundialın iki ildən sonra İsveç və Polşada keçiriləcəyini bəyan edib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax pandemiya şəraitində dünya çempionatını yüksək səviyyədə təşkilinə görə Misir hökumətinə təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: