İsrailin paytaxtı Tel-Əvivdə keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günündə Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
NUHÇIXAN xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov çempionatın gümüş medalına layiq görülüb. Bu çəki dərəcəsində yarışan digər cüdoçumuz Rüstəm Orucov ilkin mərhələdə uduzaraq medalsız qalıb.