Türkiyənin "Qalatasaray" futbol klubu növbəti transferini həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Benfika" komandasının yarımmüdafiəçisi Qedson Fernandesi cari mövsümün sonunadək icarəyə götürüb.
Qeyd edək ki, "Qalatasaray" 22 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödəyib.