Türkiyənin "Beşiktaş" futbol klubu iki futbolçusunu icarəyə göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sərgən Yalçın mətbuat konfransında məlumat verib. O, Tayler Boyd və Güven Yalçınla vidalaşdıqlarını bildirib.
Türkiyə mətbuatı T.Boyd mövsümün sonuna qədər “Sivasspor”a icarəyə verildiyini yazıb. Güven Yalçının isə yeni komandasının adı açıqlanmayıb.