Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycan Kuboku və I divizion yarışlarında əvəzetmələrin sayı dəyişdirilə bilər.
NUHÇIXAN xəbər verir ki, hazırda Peşəkar Futbol Liqasında bununla bağlı müzakirələr gedir. Təşkilatçı qurum kubok yarışlarında 2018-ci il dünya çempionatında tətbiq olunan yeniliyə - əlavə vaxtda 4-cü əvəzetməyə icazə verməyi planlaşdırır.
AFFA-nın İcraiyyə Komitəsinin əvəzedicilərin çempionatını I divizona birləşdirəndən sonra burada da dəyişiklik zərurəti yaranıb. Çünki ötən mövsüm əvəzedicilərdə 5, aşağı dəstədə isə 3 əvəzetmə sistemi tətbiq olunub. Növbəti mövsüm üçün isə 4 və ya 5 limitləri gözdən keçirilir.
Qeyd edək ki, iyulun 27-də Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkü atılacaq. Çempionatın avqustun 11-də start götürməsi nəzərdə tutulub.