Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, rayon Təhsil Şöbəsi, Mingəçevir və Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat məktəblərinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş şahmat üzrə onlayn açıq Mingəçevir turniri keçiriləcək.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, keçiriləcək turnirdə iştirak edəcək məktəblərin hər birindən 6 olmaqla, ümumilikdə, 18 müxtəlif dərəcəli şahmatçı şagirdin iştirak etməsi nəzərdə tutulur.
Yarış bu gün saat 15:00-da chess.com vasitəsilə onlayn keçiriləcək.
Yekun nəticələr Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının rəsmi internet səhifələrində elan ediləcək.