Boks idman növü üçüncü Avropa Oyunlarının proqramına daxil edilib

A- A A+

Boks idman növü Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bununla bağlı Avropa Olimpiya Komitəsi və təşkilatçılar qərar veriblər. Boksçular əvvəlki Avropa Oyunlarında da mübarizə aparıblar. Belə ki, 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə bu idman növü üzrə mükafatçılar bəlli olub.

Bununla da “Krakov-2023”də idman növlərinin sayı 8-ə çatıb. Daha əvvəl badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük, atıcılıq və taekvondo idman növləri proqrama daxil olunub. Digər növlərlə bağlı yaxın müddətdə yekun qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan boksçuları “Bakı-2015”də 11 (6-1-4), “Minsk-2019”da 2 (1-0-1) medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: