Türkiyə Superliqası: “Qalatasaray” İstanbul derbisindən qalib ayrılıb

A- A A+

Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Başakşəhər”i qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından üç cavabsız qol keçirib. "Qalatasaray"ın qollarını Henri Onyekuru (45), Rayan Donk (64) və Mustafa Muhammed (90+2) vurub.

Günün digər matçı - “Rizəspor” - “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib - 1:1.

Turun digər oyunları aşağıdakılardır:

“Sivasspor” - “Ərzurumspor”;

“Fatih Karagümrük” – “Qaziantep”;

“Kayserispor” - “Alanyaspor”;

“Antalyaspor” – “Beşiktaş”;

“Konyaspor” – “Gənclərbirliyi”;

“Göztəpə” – “Yeni Malatyaspor”;

“Trabzonspor”- “Dənizlispor”:

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 44 xala malik olan “Beşiktaş” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Ankaragücü” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: