Könüllülər üçün növbəti təlim-“Peşəkar ünsiyyət, komanda ruhu”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Mərkəzində “Peşəkar ünsiyyət, komanda ruhu” devizi altında baş tutan təlim könüllü gənclərin uğurlu karyera üçün əlavə bilik və bacarıqlar əldə etmələri, onların ümumi dünyagörüşlərinin artması məqsədilə təşkil olunub.

40-a yaxın könüllü gəncin iştirak etdiyi təlim Şəhla Ramazanovanın təqdimatında keçirilib. Təlim zamanı bildirilib ki, ünsiyyət insanın özünü ifadə etməyə, aktuallaşmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur. İnsanlarla ünsiyyət zamanı öz dilindən yüksək səviyyədə istifadə etmək, dərin biliyə, hərtərəfli məlumata sahib olmaqla yanaşı, natiqlik bacarığından da xəbər verir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: