Fevralın 3-də futbol üzrə Türkiyə çempionatının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Antalyaspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. “Antalyaspor”un heyətində Gökdeniz Bayraktar (39) fərqlənib. İstanbul təmsilçisinin qolunu isə Damaqoy Vida vurub.
Günün digər oyunlarının nəticələri aşağıdakılardır:
“Sivasspor” - “Ərzurumspor” - 0:0;
“Fatih Karagümrük” - “Qaziantep” - 2:0;
“Kayserispor” - “Alanyaspor” - 1:1;
“Konyaspor” – “Gənclərbirliyi” - 0:0;
XXIII tura fevralın 4-də yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Beşiktaş” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Ankaragücü” istirahət edir.