Eden Hazard yenidən zədələnib

A- A A+

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Eden Hazard yenidən zədələnib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçinin sol ayaq əzələsində zədə aşkarlanıb. “AS” nəşri Hazardın 3-4 həftə, “Marca” nəşri isə 4-6 həftə oynaya bilməyəcəyini yazıb.

Beləliklə, 30 yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalının ilk oyununda “Atalanta” ilə (24 fevral) və La Liqada “Atletiko” ilə matçda (7 mart) meydana çıxması şübhə altındadır.

Qeyd edək ki, Hazard cari mövsümdə La Liqada 8 matç keçirib və 2 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: